SON XƏBƏRLƏR

Gülüstan əyalətinin ekosistemi çökür

2025.10.06, 15:15
Gülüstan əyalətinin ekosistemi çökür

Bir zamanlar sulu və bataqlıq əraziləri ilə zəngin olan Gülüstan əyalətinin ekosistemi çökməyə başlayıb.

Gunaz.tv

Bu barədə Təsnim agentliyi xəbər verir.

Xəbərdə bu payız yüz minlərlə köçəri quşun bölgədə görünməməsi ekoloji fəlakətin əlaməti kimi qiymətləndirilib.

Ekoloji ekspertlər və yerli rəsmilərin fikrincə, Hirkan ekosisteminin bir parçası olan Gülistan əyalətinin bataqlıq əraziləri ardıcıl üç il davam edən quraqlıq, p\yarıtmaz su idarəçiliyi və bəndlərinin tikintisi fonunda demək olar ki, tamamilə quruyub.

"Bir vaxtlar yarım milyon quşa ev sahibliyi edən bataqlıq ərazilər indi səssizdir və toz fırtınasının potensial qaynar nöqtələrinə çevrilir." - ekspertlərdən biri bildirib.

Meteoroloji məlumatlar əyalətdə yağıntıların orta göstəricilərdən 38% aşağı düşdüyünü, temperaturun isə 1,2°C yüksəldiyini göstərir.

Sudan israfçı istifadə və kənd təsərrüfatının düzgün idarə edilməməsi nəticəsində yaranan su böhranı nəticəsində əsas bataqlıq əraziləri, Qomişan, Alma Göl, Acıgöl və Alagöl yox olmaq ərəfəsindədir.

“Bu bataqlıq ərazilərin quruması təkcə biomüxtəlifliyi deyil, həm də insanların dolanışıq vasitələrini təhdid edir. Onların ekoloji dəyəri əkinçilik üçün ayrılan torpaqlardan 200 dəfə böyükdür, lakin zəif idarəetmə əraziləri bu hala salıb.” - deyə universitet professoru Məhəmmədrza Molla-Abbasi bildirib.

Mütəxəssislər xəbərdarlıq edir ki, vəziyyət belə davam edərsə, bölgədə yeni toz fırtınaları mənbələri yarana bilər və ölkənin ən məhsuldar bölgələrindən birində ekoloji və iqtisadi gərginlik dərinləşə bilər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar