SON XƏBƏRLƏR

Gələn həftə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

2025.10.07, 11:19
Gələn həftə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Oktyabrın 13-14-də Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, iclas Bakıda keçiriləcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyasının 20-ci iclası 2024-cü ilin mart ayında Astanada keçirilib.

Komissiyanın həmsədri Azərbaycan tərəfindən energetika naziri, Qazaxıstan tərəfindən isə nəqliyyat naziridir.

İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin altı ayı ərzində 301,8 milyon dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.

Qazaxıstandan Azərbaycana əsas ixrac malları - buğda (101,6 milyon dollar), neft (66,2 milyon dollar), neft məhsullarıdır (8,7 milyon dollar).

Azərbaycandan Qazaxıstana əsas idxal malları - etilen polimerləri (1,3 milyon dollar) və digərləridir.

Bu gün Qazaxıstanda Azərbaycan kapitalı ilə təxminən 1500 şirkət, Azərbaycanda isə Qazaxıstan kapitalı ilə təxminən 150 şirkət qeydiyyatdadır.

Qazaxıstan Milli Bankının məlumatına görə, 2005-2024-cü illər ərzində Azərbaycandan cəlb edilən investisiyaların həcmi 420,8 milyon dollar olub. Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyaların həcmi isə 156,1 milyon dollar təşkil edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar