SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşüb

2025.10.07, 12:49
Prezident İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Gunaz.tv

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulunda ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, bu sammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və xalqlararası əlaqələrin daha da inkişaf etdirilməsində rolu vurğulanıb.

Görüşdə qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkmənistan dövlətlərarası əlaqələrinin hazırkı səviyyəsi yüksək qiymətləndirilib, xalqlarımızı dərin qardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, energetika, parlamentlərarası, humanitar, mədəni, təhsil və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığına toxunulub.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin Sədri əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar