SON XƏBƏRLƏR

Peskov: Amerikanın Ukraynaya “Tomahawk” raketləri verməsi eskalasiyaya doğru addımdır

2025.10.07, 14:40
Peskov: Amerikanın Ukraynaya “Tomahawk” raketləri verməsi eskalasiyaya doğru addımdır

Amerikanın Ukraynaya “Tomahawk” raketləri verməsi eskalasiyaya doğru bir addım olacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidenti Vladimir Putin Rusiyanın Amerikanın Ukraynaya “Tomahawk” raketləri verməsi ilə bağlı mövqeyini açıqlayıb: "Bu, eskalasiyaya doğru bir addım olacaq, lakin Kiyev üçün vəziyyəti dəyişə bilməyəcək”, – Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya Trampın Ukrayna münaqişəsinin sülh danışıqları vasitəsilə həllini asanlaşdırmaq iradəsini qoruyub saxladığına inanır.

Qeyd edək ki, Tramp praktiki olaraq Ukraynaya “Tomahawk” raketlərinin tədarükü ilə bağlı qərar qəbul etdiyini açıqlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar