SON XƏBƏRLƏR

Aİ ölkələrinin səfirləri bu gün Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər

2025.10.08, 11:25
Aİ ölkələrinin səfirləri bu gün Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Brüsseldəki səfirləri bu gün Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin dərc etdiyi iclasın gündəliyində qeyd edilib.

Daimi nümayəndələr Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən sənədlərin ilkin razılaşdırılmasını həyata keçirirlər.

Qeyd edək ki, Macarıstan və Slovakiya yeni sanksiyalar paketinin qəbul edilməsinə qarşı çıxır və 2027-ci ildən Rusiyadan mayeləşdirilmiş təbii qaz alışına qoyulan qadağanın yumşaldılmasını təklif edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar