SON XƏBƏRLƏR

Ərdoğan: Türkiyə-Amerika münasibətlərində yeni mərhələ başlayıb

2025.10.08, 12:43
Ərdoğan: Türkiyə-Amerika münasibətlərində yeni mərhələ başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika səfərindən sonra iki ölkənin münasibətlərində yeni bir mərhələnin başlandığını bildirib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.

O, Türkiyə ilə Amerika arasında dostluğun daha da möhkəmləndirildiyini vurğulayıb:

"Türkiyə ilə Amerika arasında digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində də əməkdaşlıq mövcuddur. Bu münasibətləri daha da inkişaf etdirmək məqsədilə aktual ikitərəfli məsələlər Amerika ilə müzakirə olunur və bundan müsbət nəticələr gözləyirik. Donald Trampla görüşdə bununla bağlı müsbət siqnallar aldıq. F-35 məsələsini açıq və aydın şəkildə gündəmə gətirdik".

Ərdoğan qeyd edib ki, bəhs olunan istiqamətlər üzrə konkret addımların atılması üçün lazım olan texniki görüşlər bütün səviyyələrdə aparılır:

"Ümid edirik ki, nəticədə həm F-35 məsələsi həll olunacaq, həm də Amerikanın məlum sanksiyaları aradan qaldırılacaq".

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar