SON XƏBƏRLƏR

Zelenski: Tramp sülhə kömək etsə, onun Nobel sülh mükafatına namizədliyini irəli sürəcəyik

2025.10.09, 12:10
Zelenski: Tramp sülhə kömək etsə, onun Nobel sülh mükafatına namizədliyini irəli sürəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə atəşkəs rejiminə nail olunacağı təqdirdə, Kiyev Amerika Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini dəstəkləyəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

"Təqdimatı Ukrayna tərəfindən irəli sürəcəyik", - V.Zelenski əlavə edib.

O, həmçinin Kiyevə Amerikanın "Tomahawk" raketlərinin verilməsi ehtimalını istisna etməyib.

"Prezident Tramp bəhs etdiyimiz bəzi şeyləri Ukraynaya verə bilər. Onlar Ukraynanı gücləndirə bilər", - V.Zelenski deyib.

Onun sözlərinə görə, Ukraynanı gücləndirə biləcək imkanlardan biri "Tomahawk" raketidir. Onun fikrincə, bu raketlərin Kiyevdə olması Rusiya tərəfini danışıqlar masasına oturtmağa məcbur edə bilər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar