SON XƏBƏRLƏR

İranda şəhərdə 19 məhbus edam edildi

2025.10.09, 16:29
İranda şəhərdə 19 məhbus edam edildi

İranın Kərəc, Məşhəd, Şiraz, Amol,  Taybad, Əliqudərz və Nişabur şəhərlərinin həbsxanalarında 19 məhbus edam edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

İnsan haqları təşkilatlarının son hesabatına görə, İranda edam sayının artmasının davamında 23 sentyabr və 7 oktyabr tarixləri arasında hər 3 saatda bir məhbus və ümumlikdə 115 məhbus edam edilib.

Bununlada cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1093-ə çatıb, onlardan 30-ui qadındır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar