SON XƏBƏRLƏR

Yaponiya ukraynalı hərbçilərə təlim keçmək üçün Litvaya mütəxəssislər göndərəcək

2025.10.10, 11:24
Yaponiya ukraynalı hərbçilərə təlim keçmək üçün Litvaya mütəxəssislər göndərəcək

Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib ki, Yaponiya mina zərərsizləşdirmə üzrə iki mütəxəssis Litvaya göndərməyi planlaşdırır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, onlar ukraynalı hərbçilərin təlimində iştirak edəcəklər.

Yapon mütəxəssislər 3 noyabrdan 5 dekabra qədər ukraynalı hərbçilərə təlim keçəcək beynəlxalq qrupa daxil olacaqlar. Həmçinin oktyabrın sonunda Tokioda Ukraynada minatəmizləmə mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Yaponiya hakimiyyəti daha əvvəl də Ukraynaya mina zərərsizləşdirmə sahəsində yardım göstərmişdi. Ukrayna tərəfinə minaları yüksək dəqiqliklə aşkar etməyə imkan verən 4 "ALIS" qurğusu və 50 metal detektoru təqdim olunmuşdu.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar