SON XƏBƏRLƏR

İran İslam Respublikasına yaxın qrup pakistanlı jurnalistin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb

2025.10.10, 11:39
İran İslam Respublikasına yaxın qrup pakistanlı jurnalistin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb

İran rejiminə bağlı olduğu hesab edilən, Pakistanda yerləşən terror qruplaşması əvvəllər İsrailə səfər etmiş jurnalist İmtiaz Mirin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Gunaz.tv

Məlumata görə, İmtiaz Miri ötən həftə Kəraçidəki evinin yaxınlığında motosikletdə olan iki naməlum şəxs tərəfindən güllələnib və bir neçə gün sonra dünyasını dəyişib.

Kəşfiyyat mənbələrinin məlumatına əsasən, silahlı şəxslərin Ləşkər-e-Sarallah adlı qrupa bağlı olduqları aşkar edilib.

KİV-in məlumatına görə, bu, qruplaşmanın Pakistan ərazisində ilk məlum əməliyyatıdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar