SON XƏBƏRLƏR

İran BMT-nin terrorun maliyyələşdirilməsinə qarşı paktına qoşulmaya bilər

2025.10.10, 15:12
İran BMT-nin terrorun maliyyələşdirilməsinə qarşı paktına qoşulmaya bilər

Mühafizəkar qanaddan olan millət vəkilinin sözlərinə görə, hazırda İran parlamenti İranın BMT-nin terrorun maliyyələşdirilməsinə qarşı konvensiyasına qoşulmasına verdiyi şərti razılığın icrasını dayandırmaq üçün vəsatətə baxır.

Gunaz.tv

Qum şəhərindən parlamentin üzvü olan Müctəba Zunuri bildirib ki, BMT-nin Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Konvensiyasına (CFT) qoşulma tədbiri hələlik dayandırılmışdır.

“Nə qədər ki, biz ölkənin ehtiyaclarını ödəmək üçün sanksiyalardan yan keçmək məcburiyyətindəyik, CFT-yə qoşulmaq öz boynumuza kəndir salmaq kimidir”.- deyə Zunuri bildirib. O, əlavə edib ki, İran konvensiyaya yalnız “sanksiyalar tam aradan qaldırıldıqda” qoşula bilər.

İranda mühafizəkar qanada mənsub siyasətçilər iddia edirlər ki, qoşulma İranın sanksiyalardan yayınmaq və Yaxın Şərqdə müttəfiq silahlı qrupları dəstəkləmək üçün istifadə etdiyi maliyyə kanallarını ifşa edəcək.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar