SON XƏBƏRLƏR

Amerika Çinlə ticarət müharibəsinə girmək istəmədiyini açıqlayıb

2025.10.11, 10:10
Amerika Çinlə ticarət müharibəsinə girmək istəmədiyini açıqlayıb

Rəsmi Vaşinqton Çinlə ticarət müharibəsinə hazırdır, lakin müharibəyə başlamaq istəmir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Amerikanın ticarət nümayəndəsi Ceymison Qrir "Fox News"a müsahibəsində deyib.

"Bu, ticarət müharibəsi olmamalıdır, lakin lazım gələrsə, biz buna getməyə hazırıq. Hazırda hər iki tərəfin mövqeləri üzərində işləyirik və yaxın günlərdə irəliləyiş üçün bir yol olub-olmadığını anlamağa çalışacağıq", - o deyib.

Amerika Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Vaşinqton 1 noyabrda və ya ondan əvvəl Çinə tarifləri 100 % artıracaq və proqram təminatına ixrac nəzarəti tətbiq edəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar