SON XƏBƏRLƏR

Avropa üçlüyü Tehranı Vaşinqtonla nüvə danışıqlarını bərpa etməyə çağırıb

2025.10.11, 11:35
Avropa üçlüyü Tehranı Vaşinqtonla nüvə danışıqlarını bərpa etməyə çağırıb

Avropa üçlüyü Tehranı Vaşinqtonla nüvə danışıqlarını bərpa etməyə çağırıb.

Gunaz.tv

Üç Avropa ölkəsi - Fransa, Almaniya və Böyük Britaniyanın birgə bəyanatında deyilir: "Biz İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin edən hərtərəfli, davamlı və yoxlanıla bilən razılaşma istiqamətində İran və Amerika ilə danışıqları yenidən başlatmaqda qərarlıyıq".

Onlar eyni zamanda Tehranın nüvə öhdəliklərinə əməl etməməsi ilə bağlı BMT-nin Tehrana qarşı sanksiyalarını bərpa etmək qərarını müdafiə edərək, BMT-nin bütün üzv dövlətlərini İrana qarşı sanksiyaları tətbiq etməyə çağırıblar.

Onlar bildiriblər ki, məhdudiyyətlərin bərpası Tehranın nüvə proqramının yaratdığı təhlükəni aradan qaldırmaq üçün düzgün addımdır.

"Biz BMT-yə üzv olan bütün dövlətləri tətik mexanizminin yenidən tətbiq etdiyi məhdudiyyətlərə əməl etməyə çağırırıq" - deyə bəyanatda bildirilib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar