SON XƏBƏRLƏR

Yozgatın Kirkenes arxeoloji sahəsində aşkar edilən prototürk məzarları

2025.10.13, 12:11
Yozgatın Kirkenes arxeoloji sahəsində aşkar edilən prototürk məzarları

Yozqat vilayətinin Surqun rayonundakı tarixi Kirkenes və ya Petra qədim şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində prototürk xalqına aid olma ehtimalı olan məzarlar aşkar edilib.

Gunaz.tv

Qazıntılar Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İstanbul Universitetinin professoru Şüket Dönmezin rəhbərliyi ilə bir sıra digər universitetlərlə birgə həyata keçirdiyi “Gələcək üçün miras” layihəsi çərçivəsində davam etdirilir.

Dönmezin sözlərinə görə, arxeoloji qrup “Kıkavış” qalasına və yerli əhalinin “Türkmən qəbiristanlığı” adlandırdığı əraziyə diqqət yetirərkən bir neçə dağıdılmış türbə və açıq müqəddəs ərazi müəyyən edib. Bu türbələr qədim türk xalqları arasında yayılmış “kurqan” dəfn ənənəsini xatırladır.

Dönmez, ilkin tapıntıların son Dəmir dövründə Anadoluda türklərin varlığına dair ipucu verə biləcəyini, lakin qəti nəticə çıxarmaq üçün qazıntıların tamamlanması və tarix testlərinin aparılmasının zəruri olduğunu bildirib.

O, yekun nəticələrin 2025-ci ildə qazıntı mövsümü başa çatdıqdan sonra açıqlanacağını deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar