SON XƏBƏRLƏR

Fridrix Merts Trampdan Kiyevə dəstəyin artırılmasını istəyib

2025.10.14, 12:26
Fridrix Merts Trampdan Kiyevə dəstəyin artırılmasını istəyib

Almaniya kansleri Fridrix Merts Şarm-əş-Şeyxdə keçirilən sammit çərçivəsində Amerika administrasiyasına çağırış edərək Kiyevə dəstəyin artırılmasını istəyib.

Gunaz.tv

Bu barədə "N-TV" kanalı məlumat yayıb.

“Bunu gizlətmək istəmirəm. Biz Amerikanın əlavə dəstəyinə ümid edirik. Bu regionda göstərdiyi nümunə kimi, Amerika eyni şəkildə bizimlə birlikdə Ukraynada və Rusiya ilə mübarizədə dəstəyini göstərməlidir”, - kansler qeyd edib.

Qeyd edək ki, bundan başqa, Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful da Amerika Prezidenti Donald Trampı Rusiyanın Ukraynaya qarşı müharibəsini sona çatdırmaq üçün Kremlin rəhbəri Vladimir Putinə təzyiqi artırmağa çağırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar