SON XƏBƏRLƏR

Aİ və G7 Çinin məhdudiyyətlərinə cavab hazırlayır

2025.10.14, 15:12
Aİ və G7 Çinin məhdudiyyətlərinə cavab hazırlayır

Avropa İttifaqı (Aİ) nadir torpaq metalları ixracına Çin tərəfindən tətbiq olunan son məhdudiyyətlərə qarşı tədbir görüləcək və bu məsələni G7 tərəfdaşları ilə birlikdə koordinasiya edəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbərv erir ki, bu barədə Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç bildirib.

Şefçoviç Aİ ticarət nazirlərinin Danimarkada keçiriləcək görüşündən əvvəl Çinin məhdudiyyətlərin tətbiq olunduğu xammal siyahısını genişləndirməsini vəziyyəti daha da ağırlaşdırdığını deyib.

"Bu kritik bir məsələ hesab edilir", – o əlavə edib.

Komissar vurğulayıb ki, Amerikanın ticarət naziri Havard Lutniklə vəziyyəti müzakirə edib və yaxın vaxtlarda bu məsələ ilə bağlı G7-nin videokonfransının keçirilməsi qərarına gəliblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar