SON XƏBƏRLƏR

Ukraynada vurulan İran pilotsuz təyyarəsi Britaniya parlamentində nümayiş etdirilib

2025.10.15, 12:37
Ukraynada vurulan İran pilotsuz təyyarəsi Britaniya parlamentində nümayiş etdirilib

Nüvə İranına Qarşı Koalisiya Ukraynada vurulmuş İran pilotsuz təyyarəsini, Şahed-136-nı Britaniya parlamentində nümayiş etdirib.

Gunaz.tv

Təşkilat Şahed-136-nı Putinin Ukraynaya qarşı müharibəsində “əsas silah” adlandırıb və X-Net-də pilotsuz təyyarənin şəklini yerləşdirərək yazıb: “Bu Rusiyanın Ukraynaya qarşı müharibəsində İranın rolunu və İran pilotsuz təyyarələrinin Avropa təhlükəsizliyinə artan təhdidini göstərir.”

Oktyabrın 14-də Polşanın xarici işlər naziri Radoslav Sikorski Britaniya parlamentində çıxış edərək Rusiyadan Avropaya artan təhlükə barədə xəbərdarlıq edib. O, "Avropanın şərq sərhədində müdafiə sistemləri və dron divarı inşa etməmək məsuliyyətsizlik olardı" deyib.

Sikorski Avropanı Ukraynaya dəstəyini davam etdirməyə və Amerika prezidenti Donald Trampı Rusiya infrastrukturuna hücum etmək qabiliyyətini gücləndirmək üçün Ukraynaya uzaqmənzilli Tomaqavk raketləri verməyə çağırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar