SON XƏBƏRLƏR

Rutte: NATO ölkələrinin yarıdan çoxu Kiyev üçün Amerikadan silah almağa hazırdır

2025.10.15, 21:13
Rutte: NATO ölkələrinin yarıdan çoxu Kiyev üçün Amerikadan silah almağa hazırdır

"NATO ölkələrinin yarıdan çoxu Ukrayna üçün Amerikadan silah alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısına (PURL) qoşulmağa hazır olduqlarını bildiriblər".

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

"Yalnız Amerikanın təmin edə biləcəyi silah növləri var və alternativi yoxdur. Bu, PURL təşəbbüsü deyilən təşəbbüsdür. Biz iclasa başlayanda altı NATO ölkəsi bu təşəbbüsdə iştirak edirdi, lakin görüşdən sonra NATO ölkələrinin yarıdan çoxu - 16-17 ölkə ona qoşulmağa hazır olduğunu bildirdi", - o deyib.

Rutte qeyd edib ki, ümumilikdə 19 NATO ölkəsi Təmas Qrupunun iclasında Amerikadan və ya ikitərəfli qaydada alınan yeni silahları Ukraynaya tədarük etmək niyyətini açıqlayıb, lakin hansı silahları nəzərdə tutduğunu dəqiqləşdirməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar