SON XƏBƏRLƏR

Tramp Hindistanın Rusiya neftini almağı dayandıracağını deyib

2025.10.16, 11:39
Tramp Hindistanın Rusiya neftini almağı dayandıracağını deyib

Hindistanın baş naziri Narendra Modi ölkəsinin bundan sonra Rusiya neftini almayacağını açıqlayıb.

Gunaz.tv

Bunu Amerika prezidenti Donald Tramp bildirib.

"Dostum (Modi, – red.) məni Rusiyadan neft almayacağına inandırdı. O, bunu dərhal edə bilməz; bu, bir prosesdir. Amma bu, tezliklə başa çatacaq", - Tramp deyib.

Amerika lideri həmçinin əlavə edib ki, Vaşinqton Hindistanın Rusiya neftini almağa davam etməsindən məmnun deyil.

“Çünki bu, Rusiyaya artıq bir milyon əsgərini itirdiyi müharibəni davam etdirməyə imkan verir”, - o əlavə edib.

Tramp deyir ki, o, Çini də buna məcbur etməyə çalışacaq.

Qeyd edək ki, Hindistan və Çin hazırda Rusiyanın dəniz neftinin ən böyük alıcılarıdır. Hər iki ölkə Rusiya məhsullarının ucuzlaşmasından faydalanır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar