SON XƏBƏRLƏR

Ermənistan Baş naziri: Azərbaycan Prezidenti ilə müntəzəm təmaslarımız var

2025.10.16, 14:38
Ermənistan Baş naziri: Azərbaycan Prezidenti ilə müntəzəm təmaslarımız var

Azərbaycan Prezidenti ilə müntəzəm təmaslarımız var.

Gunaz.tv

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü brifinqdə bildirib.

“Xüsusilə avqustun 8-də sülhün bərqərar olmasından sonra bu təmaslar müntəzəm xarakter daşıyır. Hələlik hər hansı konkret bəyanat verilməyib, bu isə o deməkdir ki, əvvəllər verilmiş bəyanatlar çərçivəsində işgüzar müzakirələr aparılır”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm Əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər. Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri söhbətləşiblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar