SON XƏBƏRLƏR

Yeni Zelandiya BMT-nin İrana qarşı sanksiyalarını bərpa edir

2025.10.17, 10:09
Yeni Zelandiya BMT-nin İrana qarşı sanksiyalarını bərpa edir

Yeni Zelandiya şənbə günündən etibarən İran İslam Respublikasına qarşı yeni sanksiyalar tətbiq edəcək, bu addım BMT ilə koordinasiyada və Tehranın JCPOA çərçivəsində götürdüyü öhdəliklərə əməl etməməsinə cavab olaraq atılır.

Gunaz.tv

Bunu Yeni Zelandiyanın xarici işlər naziri Vinston Piters deyib.

"Qərar İslam Respublikasının nüvə proqramına qarşı qlobal səylərin bir hissəsi kimi qəbul edilir və aktivlərin dondurulması, sanksiyaya məruz qalan məmurların səyahət qadağaları, nüvə və hərbi avadanlıqlarım idxalı və ixracına məhdudiyyətlər daxildir",- o əlavə edib.

Nazirin bildirdiyinə görə, indi Yeni Zelandiya vətəndaşlarından da İranla istənilən qarşılıqlı əlaqədə “tam sayıqlıq” tələb olunur.

Yeni Zelandiyanın xarici işlər naziri həmçinin ölkəsinin nüvə silahının yayılmasının qarşısını almaq üçün diplomatik həll yollarını dəstəklədiyini vurğulayaraq, İranı beynəlxalq danışıqlara qayıtmağa çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar