SON XƏBƏRLƏR

Məhbus fəalın ailəsi ilə əlaqəsinə qadağa qoyulub

2025.10.17, 10:53
Məhbus fəalın ailəsi ilə əlaqəsinə qadağa qoyulub

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvinin ailəsi ilə görüşü və telefon əlaqəsinə qadağa qoyulub.

Gunaz.tv

Bununla bağlı İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onunla yanaşı İran müxalifətinin tanınmış simaları Mustafa Taczadə və Əbülfəz Fədyaniyə qarşı da eyni qadağa tətbiq olunub.

Onlar son günlər həbsxanalarda edam sayının artmasına etiraz etdiklərinə görə əlavə cəzaya məruz qalıblar.

Qeyd edək ki, 2024-cü il fevralın 6-da Kərəc şəhərində həbs edilən Tahir Nəqəvi, "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmqaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılaraq 6 il azadlıqdan məhrum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar