SON XƏBƏRLƏR

KİV: Trampın Putinlə görüş planı Zelenski üçün sürpriz olub

2025.10.17, 11:39
KİV: Trampın Putinlə görüş planı Zelenski üçün sürpriz olub

Ağ Ev rəhbəri Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığı və Budapeştdə görüşmək barədə razılığa gəlməsinə dair açıqlaması Vaşinqtona səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski üçün sürpriz olub.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Vaşinqtona gələn Zelenski Trampla görüşə və Amerikanın Ukraynaya “Tomahawk” tipli qanadlı raketlər verməyə hazır olmasına dair ümidli idi.

Lakin “Merilend” ştatındakı “Endrüys” hərbi bazasına enişdən dərhal sonra Ukrayna nümayəndə heyəti Trampın “Vladimir Putinlə danışdığını və onunla Macarıstanda görüşməyə razılaşdığını” elan etməsindən təəccüblənib.

Mənbənin məlumatına görə, Zelenskinin Vaşinqtona səfəri çərçivəsində Amerikanın "Raytheon" və "Lockheed Martin" hərbi şirkətlərin rəhbərləri ilə də görüşü planlaşdırılır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar