SON XƏBƏRLƏR

Vens hesab edir ki, Ukraynada münaqişə həll olunacaq

2025.10.17, 11:46
Vens hesab edir ki, Ukraynada münaqişə həll olunacaq

Amerikanın vitse-prezidenti Cey Di Vens hesab edir ki, Rusiya və Ukrayna hələlik münaqişənin həlli üzrə razılaşma imzalamağa hazır deyillər, lakin yekunda bu mümkün olacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə o, "Newsmax" telekanalına müsahibəsində bildirib.

“Bütün səylərimizə baxmayaraq, Rusiya və Ukrayna hələ o mərhələyə çatmayıblar ki, razılaşma imzalamağa hazır olsunlar. Düşünürəm ki, sonda buna nail olacağıq, lakin bu, əlavə iş tələb edir, çünki tərəflərin mövqeləri bir-birindən çox uzaqdır”, – deyə Vens vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar