SON XƏBƏRLƏR

Tehranda məcburi hicaba görə 80 min qüvvə aktivləşdirilir

2025.10.17, 12:36
Tehranda məcburi hicaba görə 80 min qüvvə aktivləşdirilir

Tehranda 80 min təlim görmüş qüvvəni fəallaşdırmaqla hicaba qarşı mübarizədə böyük dəyişiklik ediləcək.

Gunaz.tv

Bunu Tehranın "Əmr be Məruf və Nəhy əz Münkər" (Yaxşılığı əmr edib pislikdən çəkindirmək) qərargahının katibi Ruhullah Mömin Nəsəb deyib.

"İffət və Hicab Vəziyyəti Otağının yaradılması ilə düşmənin hərəkətləri izləniləcək və təhlil ediləcək, mədəni, media və hüquqi həll yolları hazırlanaraq müvafiq qurumlara çatdırılacaq”,- o bildirib.

Mömin Nəsəbin sözlərinə görə, əsas prioritet 80 mindən çox qüvvəni fəallaşdırmaq, 4575 təlimatçı və ədliyyə işçisini yetişdirmək, təşkil etmək və işə cəlb etməkdir.

Qeyd edək ki, İranda məcburi hicab qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni qanun layihəsi qəbul edilmədikdən sonra, "İctimai nizam-intizamın yüksəldilməsi" adı altında məcburi hicab qaydalarını pozanlara qarşı cəza tədbirləri həyata keçirilir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar