SON XƏBƏRLƏR

Zelenski Amerikada neft, qaz və nüvə enerjisi məsələlərini müzakirə edib

2025.10.17, 14:14
Zelenski Amerikada neft, qaz və nüvə enerjisi məsələlərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın aparıcı enerji şirkətlərinin rəhbərləri ilə görüşərək onlarla layihələrin həyata keçirilməsi perspektivlərini və maliyyələşdirilməsini müzakirə edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Vaşinqtonda keçirilən görüşdə birgə qısamüddətli və uzunmüddətli layihələrin həyata keçirilməsi perspektivlərinə və onların maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib. Neft, qaz və nüvə enerjisi ilə bağlı təşəbbüsləri müzakirə etdik", - məlumatda qeyd olunub.

Görüşdə "Bechtel", "Fluence Energy, "GE Vernova", "Holtec International", "Invenergy, "Jacobs", "Mercuria", "Parsons", "TechMet USA", "Venture Global" və "Westinghouse Electric Company" şirkətlərinin nümayəndələri iştirak ediblər.

 

V

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar