SON XƏBƏRLƏR

Amerikanın Norveçdəki səfirliyinin keçmiş mühafizəçisi Rusiya və İrana casusluğa görə məhkum edilib

2025.10.17, 16:18
Amerikanın Norveçdəki səfirliyinin keçmiş mühafizəçisi Rusiya və İrana casusluğa görə məhkum edilib

Amerikanın Norveçdəki səfirliyinin keçmiş mühafizəçisi Rusiyaya və İrana casusluq etdiyi üçün məhkum edilib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “NRK” məlumat yayıb.

Prokurorlar bildiriblər ki, 28 yaşlı şəxs səfirliyin diplomatları, mərtəbə planları və təhlükəsizlik qaydaları barədə məlumatları ötürüb.

Məlumatda deyilir ki, Amerikanın Norveçdəki səfirliyində çalışmış keçmiş təhlükəsizlik işçisi Osloda məhkəmə tərəfindən casusluqda təqsirli bilinərək məhkum edilib. Məhkəmə onun həm Rusiya, həm də İran üçün casusluq etdiyini müəyyən edib.

Adı ictimaiyyətə açıqlanmayan 28 yaşlı Norveç vətəndaşı 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokurorların sözlərinə görə, həmin şəxs Amerika səfirliyinin diplomatları, səfirliyin mərtəbə planları və təhlükəsizlik tədbirləri ilə bağlı müxtəlif məlumatları qarşı tərəflərə ötürüb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar