"İlk iclası keçən il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı baş tutmuş Ali Dövlətlərarası Şuranın keçirilməsinin vacibliyini də qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın gələcək perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində addımlar müzakirə olunacaq".