SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurasının 2015-ci il nüvə razılaşmasını təsdiq edən 2231 saylı qətnaməsinin müddəti başa çatıb

2025.10.18, 14:51
BMT Təhlükəsizlik Şurasının 2015-ci il nüvə razılaşmasını təsdiq edən 2231 saylı qətnaməsinin müddəti başa çatıb

BMT-nin Təhlükəsizlik Şurasının 2015-ci il nüvə razılaşmasını təsdiq edən 2231 saylı qətnaməsinin müddəti başa çatıb.

Gunaz.tv

Xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı məktubda qətnamənin oktyabrın 18-də ləğv edilməsinin onun müddəalarına tam uyğun olduğunu bildirib.

Əraqçi iddia edib ki, İran “Hərtərəfli Birgə Fəaliyyət Planını (JCPOA) vicdanla və tam dəqiqliklə yerinə yetirib”

O, razılaşmanı imzalayan üç avropalı dövlətin "öhdəliklərini yerinə yetirmədiyini və bunun əvəzinə əlavə qanunsuz tədbirlər gördüyünü" yazıb.

Qeyd edək ki, bənzər fikirləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai də səsləndirib. O, İrana qarşı BMT sanksiyalarının bərpa edilməsinin heç bir əsası olmadığını iddia edib.

 

- Cəfər Cəfərli

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar