SON XƏBƏRLƏR

Kallas: Putinin Avropaya səfəri xoş deyil

2025.10.20, 11:53
Kallas: Putinin Avropaya səfəri xoş deyil

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Amerika və Rusiya liderlərinin Macarıstanda planlaşdırılan görüşünü xoş qarşılamayıb.

Gunaz.tv

 Kallas jurnalistlərə açıqlamasında Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən haqqında həbs qərarı verilən Rusiya Prezidentinin hər hansı bir Avropa ölkəsinə səfərinin xoş olmadığını bildirib.

“Budapeştə gəlincə, xeyr, bu yaxşı deyil. Həqiqətən də BCM tərəfindən həbs qərarı verilən bir şəxsin Avropa ölkəsinə gəldiyini görmək xoş deyil", - Kallas qeyd edib.

Aİ rəsmisi Amerikanın Rusiyaya təzyiq göstərmək üçün kifayət qədər gücə malik olduğunu vurğulayıb və bu təzyiqin Rusiyanı danışıqlar masasına gətirə biləcəyinə əminliyini ifadə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar