SON XƏBƏRLƏR

Zelenski: Budapeşt görüş üçün yaxşı yer deyil

2025.10.20, 12:01
Zelenski: Budapeşt görüş üçün yaxşı yer deyil

Ukrayna istənilən formatda danışıqlara hazırdır, lakin Budapeşt ən yaxşı yer deyil.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O, Amerika və Rusiya liderlərinin Macarıstanda planlaşdırılan görüşünə dəvət olunacağı təqdirdə gedəcəyini bildirib.

Prezident qeyd edib ki, o, Amerikanın xüsusi nümayəndəsi Stiv Vitkoffa görüşün Macarıstanda keçirilməsi ideyasına niyə yenidən baxılmalı olduğunu ətraflı izah edib. Müzakirə edilən alternativ mümkün yerlər arasında İsveçrə, Avstriya, Vatikan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə var.

Qeyd edək ki, bir neçə gün əvvəl Amerika prezidenti Donald Tramp Budapeştdə Rusiya lideri Vladimir Putinlə görüşəcəyini bəyan edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar