SON XƏBƏRLƏR

Putinin xüsusi nümayəndəsi İranın Milli Təhlükəsiszlik Ali Şurasının katibi ilə görüşəcək

2025.10.20, 12:44
Putinin xüsusi nümayəndəsi İranın Milli Təhlükəsiszlik Ali Şurasının katibi ilə görüşəcək

Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bu axşam İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ilə görüşəcək.

Gunaz.tv

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi də bu gün keçirilən mətbuat konfransında bildirib: "Bu gün Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tehrandadır və İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb məsləhətləşmələr aparmağı planlaşdırır."

Qeyd olunub ki, bu görüş iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və məsləhətləşmələr çərçivəsində həyata keçirilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar