Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Xüsusi Təyinatlı Qüvvələr komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək qeyd edib ki, təlimin əsas məqsədi ölkələrin XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki vərdişlərin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hərbi qulluqçularımızın peşəkar inkişafına xidmət etməkdir.
Təlim iştirakçıları real döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər üzrə qarşılıqlı koordinasiya və idarəetmə bacarıqlarını praktiki olaraq inkişaf etdirəcəklər.
Taktiki fəaliyyətlər zamanı iştirakçılar manevr qabiliyyətini, çeviklik və liderlik vərdişlərini təkmilləşdirəcək, eləcə də hər iki ölkənin xüsusi təyinatlılarının təcrübəsindən bəhrələnərək, tətbiq edilən forma və üsulları mənimsəyəcəklər.
Qeyd edək ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimində bölmələr döyüş taktikaları üzrə atəş, desantlaşma, snayper fəaliyyəti, düşmən obyektlərinin sıradan çıxarılması, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.
C