SON XƏBƏRLƏR

Amerika Senatının Xarici İşlər Komitəsi Rusiya əleyhinə üç qanun layihəsini təsdiqləyib

2025.10.23, 11:10
Amerika Senatının Xarici İşlər Komitəsi Rusiya əleyhinə üç qanun layihəsini təsdiqləyib

Amerika Konqresinin Senatındakı Xarici İşlər Komitəsi Rusiyaya qarşı yönəlmiş üç qanun layihəsini təsdiqləyib.

Gunaz.tv

Bu barədə jurnalistlərə senator, Nyu-Hempşir ştatından demokrat Cin Şahin məlumat verib.

Məlumata görə, birinci qanun layihəsi Amerikada dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə edilərək Ukraynaya maliyyə yardımı göstərilməsini nəzərdə tutur.

İkinci sənəd Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsini təklif edir. Hazırda Amerika Dövlət Departamentinin siyahısında İran, Şimali Koreya, Kuba və Suriya yer alır.

Üçüncü qanun layihəsi isə Çinin Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatını” dəstəkləməsi ilə bağlı sanksiyaların tətbiqini nəzərdə tutur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar