SON XƏBƏRLƏR

Culfa Vətəndaşlıq Qeydiyyatı İdarəsi "Əlihan" adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir

2025.10.25, 11:07
Culfa Vətəndaşlıq Qeydiyyatı İdarəsi "Əlihan" adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir

Culfa Vətəndaşlıq Qeydiyyatı İdarəsi "Əlihan" adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Gunaz.tv

Ailə vətəndaşlıq idarəsinin qərarından məhkəməyə 5 ay öncə çikayət etmmiş olsa da məhkəmənin vaxtı hələ də təyin edilməyib.

Bu barədə uşağın atası Həsən R. Balamın Adı kampaniyasına danışıb.

"Oğlum 2 iyun 2025-ci ildə anadan olub və biz ona Əlihan adını seçmişik. Culfa Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi bu adın "ad seçimi sistemində" mövcud olmadığını bəhanə edərək onu qeydiyyata almaqdan imtina edib. Biz ad üçün minlərlə insanın doğum haqqında şəhadətnamə aldığını bildirsək də əməkdaşlar adın Tehrandan qadağan edildiyini dedilər. Biz buna görə də idarənin qərarından məhkəməyə şikayət etdik, ancaq 5 ay keçməsinə baxmayaraq məhkəmə tarixi hələ təyin olunmayıb və uşağımızın daha neçə ay şəhadətnaməsi olmadan qalacağı məlum deyil." - deyə ata bildirib.

Qeyd edək ki, İranda mövcud qaydalara görə, doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, o cümlədən, peyvənd, süd tozu payından yararlana bilmirlər. Nəticədə ailələr bütün bu xərcləri öz ciblərindən qarşılamaq məcburiyyətində qalırlar. Bu da indiki sosial şəraitdə ailələri olduqca böyük çətinliklərə salır. Bundan başqa, bir çox hallarda xəstəxanalar da sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə rejim bu məhdudlaşdırıcı təzyiq vasitələrindən istifadə edərək ana-ataları uşaqlarına türk olmayan adlar seçməyə yönləndirməyə çalışır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar