SON XƏBƏRLƏR

Amerikanın NATO-dakı nümayəndəsi: Ukrayna tezliklə 2 milyard dollarlıq silah alacaq

2025.10.29, 11:51
Amerikanın NATO-dakı nümayəndəsi: Ukrayna tezliklə 2 milyard dollarlıq silah alacaq

Ukrayna yaxın aylarda yeni hərbi yardım öhdəliklərinin bir hissəsi olaraq təxminən 2 milyard dollarlıq silah alacaq.

Gunaz.tv

Bu barədə Amerikanın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Bloomberg TV"yə müsahibədə bildirib.

Onun sözlərinə görə, Amerika yardım öhdəliklərinin artırıldığı sistem yaradıb. "Ola bilsin, yaxın bir neçə ayda göndəriləcək 2 milyard dollar və ya daha çox pulumuz var. Bunun tezliklə baş verəcəyini gözləyirik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və çox güman ki, buna yekun vuracaq", - Uiteker bildirib.

M.Uiteker qeyd edib ki, 2026-cı ildə əsas məsələ Ukraynaya dəstəyin davamlılığı olacaq. "Əhəmiyyətli olan odur ki, Ukraynanın özünümüdafiə üçün çox ehtiyac duyduğu silahların alınması üçün lazım olan 12-15 milyard dollar məsələsi qaldırılacaq. Bunlar Amerika silahları olacaq", - o əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar