SON XƏBƏRLƏR

Azərbaycan milli kərəkatının dörd fəalı Urmiya Mərkəzi Həbsxanasından azad edilib

2025.10.30, 12:51
Azərbaycan milli kərəkatının dörd fəalı Urmiya Mərkəzi Həbsxanasından azad edilib

Azərbaycan Milli Hərəkatının fəalları Əta Kərimi, Əmir İbrahimli və Əli Paşaiza girov müqabilində məhkəməyə qədər müvəqqəti olaraq azad ediliblər.

Gunaz.tv

Azad edilən digər şəxsin adı gizli saxlanılıb.

Xatırladaq ki, Əta Kərimi və Əmir İbrahimli 22 oktyabr 2025-ci il tarixində iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqla həbs edilib və döyülüblər.

Təhlükəsizlik qüvvələri onların mağazalarına ziyan vurmaqla yanaşı şəxi əşyalarını da müsadirə ediblər.

Qeyd edək ki, onlar sosial mediada Qərbi Azərbaycan əyalətində kürd terror qrupları ilə əlaqəli ünsürlərin əməllərinə qarşı tənqidi paylaşımlar etdikdən sonra saxlanılıblar.

Vətəndaş cəmiyyəti fəallarına yaxın mənbələrə görə, yuxarıda adı çəkilən kürd qrupları Qərbi Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu və İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi də daxil olmaqla bəzi təhlükəsizlik orqanlarının dəstəyi ilə açıq şəkildə fəaliyyət göstərirlər.

Əta Kərimi və Əmir İbrahimli əvvəllər də rejimin Azərbaycan xalqına qarşı siyasətlərini və Urmu gölünün qurudulmasını qınadıqlarına görə təzyiqlərə məruz qalıblar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar