SON XƏBƏRLƏR

Azərbaycanlı əmək fəalı Şərifə Məhəmmədinin ölüm hökmü 30 il həbs cəzası ilə əvəzləndi

2025.10.30, 12:59
Azərbaycanlı əmək fəalı Şərifə Məhəmmədinin ölüm hökmü 30 il həbs cəzası ilə əvəzləndi

Lakan Həbsxanasında həbsdə olan Şərifə Məhəmmədinin vəkili Əmir Rəisian, müvəkkilinin ölüm hökmünün məhkəmə rəhbərinin əmri ilə bir dərəcə azaldıldığını və 30 il həbs cəzasına dəyişdirildiyini açıqlayıb.

Gunaz.tv

Rəisian bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 477-ci maddəsinin hökmünün ləğv edilməsi və Şərifə Məhəmmədiyə qarşı "üsyankar" ittihamının aradan qaldırılması üçün məhkəmə prosesinə dair araşdırma davam edir.

Şərifə Məhəmmədi 2024-cü ilin iyul ayında Rəşt İnqilab Məhkəməsi tərəfindən "müxalifət qrupuna üzv olmaqla üsyankarlıq" ittihamı ilə ölüm cəzasına məhkum edilib. O, 2023-ci ilin Noyabr ayında kəşfiyyat qüvvələri tərəfindən həbs edilib və Sənəndəc həbsxanasına salınmışdı.

Şərifə Məhəmmədi 1979-cu ildə Mianədə anadan olub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar