SON XƏBƏRLƏR

Əli Xameneinin fotosunu yandıran gənc öldürülüb

2025.11.03, 11:33
Əli Xameneinin fotosunu yandıran gənc öldürülüb

İranın dini lideri Əli Xameneini tənqid edən və onun fotosunu yandıran 27 yaşlı Ümid Sərləkin meyiti tapılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Sərləkin meyiti Loristan əyalətinin Əliqudərz şəhərinin "Ərsəlan Qudərzi" stadionu yaxınlığında aşkar edilib.

Onun başından güllələndiyi və yanında tapançanın olduğu bildirilib.

Dövlət mediası gəncin intihar etdiyini yazıb.

Qeyd edək ki, Ümid Sərləkin cənazəsi Əli Xameneini tənqid edən və onun fotosunu yandırdığı əks olunan videonu paylaşdıqdan bir neçə saat sonra tapılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar