SON XƏBƏRLƏR

Xəzər adında dəniz yoxdur - İran rəsmisi

2025.11.03, 12:53
Xəzər adında dəniz yoxdur - İran rəsmisi

Ümumiyyətlə Xəzər adında dəniz yoxdur və Xəzər vəhşi bir tayfanın adı olub.

Gunaz.tv

Bunu Mazandaran əyalətinin İslami Mədəniyyət Təşkilatının başçısı Məhəmməd Məhəmmədi deyib.

Mədəni tədbirdə çıxış edən İran rəsmisi Xəzər dənizinin əvəzinə "Mazandaran" dənizi ifadəsindən istifadə etməyi tövsiyə edib.

O, Xəzər dənizi ifadəsindən istifadə etməyi "mədəni və tarixi işğalçılığın" davam etdirilməsi kimi dəyərləndirib:

"Xəzərlər Təbəristanı işğal edib və bunu uzun illər sürdürdükdən sonra İstəhbud Fəraxan vasitəsilə bölgədən qovuldular".

Qeyd edək ki, bundan əvvəl də bir çox İran rəsmiləri Xəzər dənizi sözünün işlədilməsinə qarşı çıxıblar.

Bu məsələ bundan əvvəl Heydər Əliyevin İrana səfəri zamanı İran Prezidenti Məhəmməd Xatəmi ilə birgə keçirdiyi mətbuat konfransında da mübahisəyə səbəb olub.

Mərhum Prezident iranlı jurnalistin Xəzər dənizini "Mazandaran" adlandırmasına etiraz edib, ona bir daha belə səhvə yol verməməyi tövsiyə etmişdi:

"Hörmətli jurnalist, siz sualınızda bir səhv buraxdınız. Mən istərdim ki, gələcəkdə belə səhvlər buraxmayasınız. Dünya xəritəsində «Mazandaran» gölü adında göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən hələ onu tanımıram, xahiş edirəm mənə tanıdasınız."

Heydər Əliyevin qəzəbləndiyini görən Seyid Məhəmməd Xatəmi isə iradı qəbul edib və bundan sonra "Mazandaran" deyil "Kaspian" ifadəsinin ilşədiləcəyini söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar