SON XƏBƏRLƏR

Fransa asayişin qorunması üçün Qəzzaya 100-dən çox jandarm göndərmək niyyətindədir

2025.11.12, 11:12
Fransa asayişin qorunması üçün Qəzzaya 100-dən çox jandarm göndərmək niyyətindədir

Fransa Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi məqsədilə beynəlxalq missiyalar çərçivəsində 100-dən çox jandarm ayırmağı planlaşdırır.

Gunaz.tv

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Parisdə Fələstin Prezidenti Mahmud Abbasla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Qəzzada vəziyyətin sabitləşməsi üçün Fələstin Muxtariyyətinin təhlükəsizlik və polis qüvvələrinin geri qayıtması zəruridir,” – deyə Makron qeyd edib.

Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron və Fələstin lideri Mahmud Abbas Fələstin dövlətinin möhkəmləndirilməsi məqsədilə birgə “konsolidasiya komitəsi”nin yaradılması barədə razılığa gəliblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar