SON XƏBƏRLƏR

"Traktor"un dünya üzrə reytinqi açıqlandı

2025.11.12, 12:59
"Traktor"un dünya üzrə reytinqi açıqlandı

2025-ci ildə dünyanın ən yaxşı klublarının reytinqində Təbrizin "Traktor" (Traxtur) klubu İran klubları arasında ən yaxşı klub seçilərək birinci yeri tutub.

Gunaz.tv

Bu haqda Futbol Tarixi və Statistikası Federasiyası beynəlxalq təşkilatının son qiymətləndirməsində bildirilib.

Futbol Tarixi və Statistikası Federasiyası cari il üçün açıqladığı dünyanın ən yaxşı 500 klubu arasında Avropa Çempionlar Liqasının qalıbı və üçqat qələbə qazanan Paris Saint-Germain dünyanın ən yaxşı komandası seçilib.

"Real Madrid" və "Çelsi" ikinci və üçüncü yerləri tutublar.

Qiymətləndirməyə görə, İran klubları arasında İran Premyer Liqasının ötən mövsümün çempionu və Asiya Seçmə Liqasında İrandan olan yeganə təmsilçi "Traktor" dünya üzrə 264-cü yerdədir. Tehranın "İstiqlal" klubu 322-cü, İsfahanın "Sepahan" klubu isə 427-ci pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, Tehranın "İstiqlal" klubu dövlət tərəfindən maliyyələşdirilir və illik büdcəsi "Traktor"un büdcəsindən bir neçə dəfə çoxdur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar