SON XƏBƏRLƏR

Yeni müharibə İran hökumətinin süqutu ilə nəticələnəcək - Ekonomist

2025.11.13, 12:33
Yeni müharibə İran hökumətinin süqutu ilə nəticələnəcək - Ekonomist

12 günlük İran-İsrail müharibəsi millaların bölgədəki "imperiya"larının məğlubiyyəti oldu.

Gunaz.tv

Bu, "Ekonomist" nəşrinin dərc etdiyi məqalədə deyilib.

"Yeni müharibə İslam Respublikasının süququ ilə nəticələnəcək. Yaxən Şərqdəki müharibələr dağıdıcı olsalar da yarımçıq qalıblar",- nəşr əlavə edib.

İsrailin İrana yenidən hücum etmək ehtimalının yüksək olduğuna diqqət çəkən "Ekonomis", buna cavab olaraq İranın da körfəzdəki ölkələri hədəf ala biləcəyini yazıb:

"İkinci müharibə baş verərsə, İsrail çox güman ki, İran hökumətini devirəcək, ancaq İran İsrailin rejimi dəyişdirmək niyyətində olduğuna inanarsa, Fars körfəzindəki qonşularına hücum edə bilər. Bu da Trampı İsraili cilovlamaqla ABŞ ilə müttəfiq olan ərəb ölkələrində qeyri-sabitlik riski arasında seçim etməyə məcbur edə bilər".

Nəşr 86 yaşlı Əli Xaməneinin tutduğu mövqeni dəyişmək niyyətində olmadığını və hər hansı dəyişikliyin onun varisi dövründə baş verə biləcəyini qeyd edib.

Məqalədə bununla yanaşı qarşıdakı ilin bölgədəki ərəb dövlətləri üçün gərgin keçəcəyi bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar