Bu haqda Amerika Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təkcə 2025-ci ilin əvvəlindən bəri İsraillə ağır müharibədən sonra hərbi imkanlarını bərpa etmək üçün İrandan "Hizbullah"a təxminən 1 milyard dollar köçürülüb. Bu pulun böyük hissəsi müntəzəm mübadilə məntəqələri və nağd pul əməliyyatları vasitəsilə köçürülüb və tamamilə qanuni görünür.
Vaşinqton xəbərdarlıq edib ki, bu, həm Livanın maliyyə sabitliyini təhlükə altına qoyur, həm də Beyrut hökumətinin ölkəni idarə etmək səylərini zəiflədir.
Qeyd edək ki, ötən həftə Amerika nümayəndə heyəti Livana gedərək prezident Cozef Aun və baş nazir Nəvaf Salamla görüşdə onlara xəbərdarlıq edib:
"İlin sonuna qədər Hizbullaha pul axınını dayandırmalısınız, əks halda Amerika Beyruta dəstəyini dayandıracaq!"
GünazTV