SON XƏBƏRLƏR

İranda meşə yanğını- Türkiyə yardım göndərdi

2025.11.22, 11:26
İranda meşə yanğını- Türkiyə yardım göndərdi

20 gündən çoxdur İrnın Mazandaran əyalətinin Mərzənabad bölgəsində başlayan güclü meşə yanğınlarının qarşısını almaq mümkün olmayıb və yanğın hələdə davam edir.

Gunaz.tv

Bununla bağlı yerli media məlumat yayıb.

Yanğının qarşısının alınmasında çətinlik çəkən İran hökuməti Türkiyədən yardım istəyib.

İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Şina Ənsarinin sözlərinə görə, yanğınların söndürülməsi üçün türkiyə iki yanğınsöndürən təyyarə, bir helikopter və 8 mütəxəssis göndərib.

O, yanğınların genişlənmə ehtimalına toxunaraq başqa ölkələrdən də yardım istəyə biləcəklərini söyləyib:

"Lazım gələrsə, Çalus meşə yanğınının qarşısını almaq üçün Rusiyadan kömək istəyəcəyik".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar