SON XƏBƏRLƏR

Türkiyə meşə yanğınlarının söndürülməsində İrana kömək edir

2025.11.24, 12:59
Türkiyə meşə yanğınlarının söndürülməsində İrana kömək edir

3 həftədən çoxdur İranın Mazandaran əyalətində başlayan meşə yanğınlarının söndürülməsi üçün Türkiyə İrana iki yanğınsöndürən təyyarə, 1 helikopter və mütəxəssislər göndərib.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, İranın Noşəhr şəhərinə çatan Türkiyə helikopter və təyyarələri bu gün səhər saatlarında Ərdəbil şəhərində yanacaq doldurduqdan sonra yanğınların davam etdiyi bölgəyə qayıdıblar.

Türkiyənin İrana ilk yardım göndərən ölkə olmasına baxmayaraq, İran mediası daha çox Rusiyanın hələ İrana çatmamış yanğınsöndürən təyyarəsi barədə çoxsaylı məlumatlar paylaşıb.

Qeyd edək ki, 19 may 2024-cü ildə İranın keçmiş prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra da oxşar hal yaşanmışdı.

Türkiyənin göndərdiyi PUA helikopterin və həlak olan sərnişinlərin qalıqlarının aşkarlanmasında əsas rol oynasa da, İran rəsmiləri bunu inkar etmişdilər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar