SON XƏBƏRLƏR

AEBA İranda yoxlamaları tam şəkildə bərpa etməyi planlaşdırır

2025.11.25, 14:18
AEBA İranda yoxlamaları tam şəkildə bərpa etməyi planlaşdırır

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranla qarşılıqlı fəaliyyəti tam bərpa etməyi planlaşdırır.

Gunaz.tv

Bunu AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

Məlumata görə, agentlik xüsusilə ölkədə yoxlama fəaliyyətini bərpa etməyi planlaşdırır.

Xatırladaq ki, noyabrın 20-də AEBA-nın İdarə Heyəti Tehranı agentliklə əməkdaşlığı genişləndirməyə və zənginləşdirilmiş uran ehtiyatları barədə məlumat verməyə çağıran qətnamə qəbul edib. Qətnaməni Fransa, Böyük Britaniya, Almaniya və Amerika təqdim edib. Həmin gün İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran sentyabrda Qahirədə AEBA ekspertlərinin İrandakı fəaliyyətinin bərpa edilməsi şərtləri barədə əldə edilmiş razılaşmanı rəsmi qaydada ləğv edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar