SON XƏBƏRLƏR

Yanğın səbəbkarlarını tapın - Ekoloq hökumətə səsləndi

2025.11.29, 12:46
Yanğın səbəbkarlarını tapın - Ekoloq hökumətə səsləndi

Tanınmış azərbaycanl ekoloq və ətraf mühit mütəxəssisi Əhməd Bayburdi İran hökumətini Şərqi Azərbaycan əyalətinin Hirkani meşələrində baş verən yanğınların səbəbkarlarını aşkar edərək cəzalandırmağı tələb edib.

Gunaz.tv

O, bununla bağlı özünün X səhifəsində yazıb.

"Qaradağ meşələrini qəsdən yandıranlar ətraf mühit cinayəti törətmişlər; həm ağacları məhv edən, həm də minlərlə canlını yandıran bir cinayətə imza atıblar",- o bildirib.

Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təlim Mərkəzinin rəhbəri Bayburdi, meşə yanğınlarının milli sərvətin məhvi edilməsi olduğunu bildirib:

"Bu, sadəcə bir "səhv" deyil, həm də milli sərvətin qəsdən məhv edilməsidir. Tələb aydındır: dərhal şəxsiyyətin müəyyən edilməsi, ciddi hüquqi tədbirlər görülməsi və istintaqın nəticələrinin ictimaiyyətə açıqlanması".

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Qaradağ meşələrinin davamı olan Culfa bölgəsindəki Hirkani meşə zolağında 6 gün davam edən yanğın nəticəsində 100 hektardan çox meşə və otlaq ərazi məhv olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar