SON XƏBƏRLƏR

KİV: AMB Ukraynaya 140 mlrd. avroluq kreditə zəmanət verməkdən imtina edib

2025.12.02, 12:13
KİV: AMB Ukraynaya 140 mlrd. avroluq kreditə zəmanət verməkdən imtina edib

Avropa Mərkəzi Bankı (AMB) Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 140 milyard avro məbləğində kreditə zəmanət verməkdən imtina edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti rəsmi şəxslərə istinadən məlumat yayıb.

Qəzetin bildirdiyinə görə, kreditin təminatı kimi Rusiyaya məxsus dondurulmuş aktivlərdən istifadə olunması planı AMB-nin mandatı ilə ziddiyyət təşkil edir.

Məlumata əsasən, Avropa Komissiyasının təklif etdiyi “təzminat krediti” mexanizmi çərçivəsində AMB-nin zəmanət verməsi nəzərdə tutulurdu. Lakin Bank bu sxemin hüquqi və institusional çərçivələrinə uyğun olmadığını müəyyən edərək, təşəbbüsü dəstəkləməyib.

Rəsmi şəxslər bildiriblər ki, AMB-nin mövqeyi Avropa İttifaqının Ukraynaya böyük həcmli maliyyə dəstəyi planını çətinləşdirə bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar