SON XƏBƏRLƏR

Rütte: Avstraliya və Yeni Zelandiya Ukrayna üçün Amerikadan silah alınması proqramına qoşulub

2025.12.04, 11:08
Rütte: Avstraliya və Yeni Zelandiya Ukrayna üçün Amerikadan silah alınması proqramına qoşulub

NATO Baş katibi Mark Rütte bildirib ki, Avstraliya və Yeni Zelandiya Amerikadan Ukrayna üçün silah tədarükünü nəzərdə tutan PURL proqramına (Procurement of U.S. Lethal and non-lethal military equipment for Ukraine) qoşulub.

Gunaz.tv

O, bunu Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Avstraliya və Yeni Zelandiya NATO-ya üzv olmayan, lakin PURL proqramına qoşulan ilk ölkələrdir”, – Rütte vurğulayıb.

Onun sözlərinə görə, hazırda NATO üzvü olan ölkələrin üçdə ikisi bu mexanizmdə iştirak etdiyini bəyan edib. Avqustdan ilin sonunadək Amerikadan Ukrayna üçün alınacaq silahların ümumi dəyəri “4 milyard dollardan çox” olacaq.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar